FWWMUN Baku 2026 məktəb və universitet tələbələrini beynəlxalq münasibətlər, diplomatiya və Birləşmiş Millətlər Təşkilatının qərarvermə mexanizmləri ilə praktik şəkildə tanış edən beynəlxalq Model BMT konfransıdır. Tədbir 29 oktyabr–1 noyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək. İştirakçılar ölkələri təmsil edir, komitə müzakirələrində çıxış edir, qətnamə layihələri hazırlayır və qlobal problemlər üzrə danışıqlar aparırlar. Proqramda sertifikatlı təlim, seminarlar, komitə sessiyaları, diplomatik brifinqlər və şəbəkələşmə tədbirləri yer alır. Fərdi və nümayəndə heyəti formasında qeydiyyat mümkündür; iştirak ödənişlidir.
Son müraciət tarixinə 7, 3 və 1 gün qalanda emailinizə xəbər göndərək.