← Bütün bloqa qayıt
Vüsal Heydərov — "Marketinq Strategiyası və Menecmenti" Kitabın Müəllifi

Vüsal Heydərov — "Marketinq Strategiyası və Menecmenti" Kitabın Müəllifi

✍️ Vüsal Heydərov · 📅 31.08.2026 · ⏱ 4 dəq oxuma · 👁 94 baxış

Vüsal Heydərov — "Marketinq Strategiyası və Menecmenti" Kitabı: Müəllif, Redaktor və Rəyçilər Haqqında Tam Məlumat

Vüsal Xalid oğlu Heydərovın qələmə aldığı "Marketinq Strategiyası və Menecmenti" (Dərslik) nəşr olunub. 312 səhifədən ibarət olan bu dərslik müasir biznes mühitində marketinq strategiyalarının hazırlanması, planlaşdırma, nəzarət və nəticələrin qiymətləndirilməsi məsələlərini elmi-nəzəri və praktik yanaşma ilə sistemli şəkildə əhatə edir. Bu yazıda kitabın məzmunu, müəllifi, elmi redaktoru və rəyçiləri haqqında ətraflı məlumat tapa bilərsiniz.

Kitab haqqında

Heydərov, V. X. (2026). Marketinq strategiyası və menecmenti: Dərslik. Bakı, 312 s.

  1. ISBN: 978-9952-39-559-4
  2. DOI: https://doi.org/10.36719/0868/2026
  3. Həcm: 312 səhifə, 3 bölmə, 13 fəsil
  4. Elmi redaktor: i.ü.f.d., dos. Əliyev Məhəmməd Ələkbər oğlu
  5. Rəyçilər: i.e.n., dos. Xankişiyev Xankişi Səməd oğlu; i.e.n., dos. Əkbərov Elbrus Həsən oğlu

Kitab müəssisələrin bazar fəaliyyətinin idarə olunması, marketinq strategiyalarının hazırlanması, planlaşdırılması, nəzarəti və nəticələrin qiymətləndirilməsi məsələlərinə həsr olunub. Əsər ali təhsil müəssisələrinin iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və menecment ixtisaslarında təhsil alan tələbələr, magistrantlar, müəllimlər, tədqiqatçılar, sahibkarlar və marketinq mütəxəssisləri üçün nəzərdə tutulub.

Müəllif kimdir? — Vüsal Xalid oğlu Heydərov

Vüsal Xalid oğlu Heydərov — Akademik tədqiqatçı və Azpublish.az və DissLink Groupun təsisçi rəhbəridir. Onun marketinq, satış, menecment və biznesin idarə edilməsi sahəsində qazandığı elmi-nəzəri və praktik biliklər bu kitabda sistemli şəkildə öz əksini tapıb.

Müəllifin bioqrafiyası və akademik yolu

  1. 31 iyul 2000-ci ildə Hacıqabul rayonunda anadan olub; 2016, 2017 və 2018-ci illərdə Coğrafiya fənni üzrə region olimpiadalarının qalibi olub.
  2. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq ixtisasına 540 balla qəbul olmuş, 2022-ci ildə bakalavr təhsilini başa vurmuşdur.
  3. Magistr təhsilini Türkiyənin Eskişehir Osmangazi Universitetində "Biznesin idarə edilməsi" ixtisası üzrə tamamlamış, 2024-cü ildə fakültə üzrə ikinci yerə layiq görülmüşdür.
  4. AFB Bank və AccessBank-da satış və marketinq sahələrində peşəkar təcrübə qazanmışdır.
  5. Coursera, Udemy, İstanbul Universiteti, UniAthena, Illinois Universiteti ("Rəqəmsal Dünya və Marketing") və Google Rəqəmsal Platformasının ("Rəqəmsal Marketinqin Təməlləri") proqramlarında sertifikatlar əldə etmişdir.
  6. 2019-cu ildən DissLink Group-un təsisçi rəhbəri kimi fəaliyyət göstərərək 20.000-dən çox tələbənin elmi-tədqiqat fəaliyyətinə dəstək olmuşdur.
  7. Yerli və beynəlxalq yüksək indeksli elmi jurnallarda məqalə və tezisləri dərc olunmuş, müxtəlif akademik tədbirlərdə həmmüəllif kimi iştirak etmişdir.

Elmi redaktor

Kitabın elmi redaktoru Əliyev Məhəmməd Ələkbər oğludur — Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Biznes və logistika" kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent, Əməkdar müəllim və UNEC-in fəxri professorudur.

Rəyçilər

  1. Xankişiyev Xankişi Səməd oğlu — Azərbaycan Dövlət İqtisad Universitetinin 'İqtisadiyyat' kafedrasının dosenti, iqtisad elmləri namizədi.
  2. Əkbərov Elbrus Həsən oğlu — Azərbaycan Dövlət İqtisad Universitetinin 'Biznes və logistika' kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru.

Kitabın mündəricatı (bölmələr üzrə)

I Bölmə — Marketinq menecmentinin nəzəri, təşkilati və idarəetmə əsasları

  1. Fəsil 1. Marketinq menecmentinin mahiyyəti, mənası və vəzifələri
  2. Fəsil 2. Marketinq menecmenti prosesi
  3. Fəsil 3. Marketinq menecmentinin təşkili
  4. Fəsil 4. Marketinqin təşkilati strukturlarının yaradılması
  5. Fəsil 5. Marketinq planlaşdırılmasının mahiyyəti və sistemi

II Bölmə — Marketinq strategiyaları, strateji planlaşdırma və nəzarət

  1. Fəsil 6. Marketinq strategiyaları
  2. Fəsil 7. Strateji marketinqin planlaşdırılması
  3. Fəsil 8. Taktiki və operativ marketinq planlaması
  4. Fəsil 9. Marketinq proqramlarının hazırlanması
  5. Fəsil 10. Marketinq fəaliyyətinə nəzarət

III Bölmə — Marketinq strategiyaları və menecmentinin praktiki tətbiqi

  1. Fəsil 11. Marketinq strategiyalarının hazırlanması və seçilməsi (SWOT, PESTEL, hədəf bazar)
  2. Fəsil 12. Marketinq menecmentinin tətbiqi mexanizmi
  3. Fəsil 13. Marketinq qərarlarının icrası və nəticələrin qiymətləndirilməsi (KPI, rəqəmsal marketinq)

Ön sözdən və girişdən

Müəllif kitabın ön sözündə vurğulayır: "Müasir dövrdə müəssisələrin bazarda davamlı mövqe tutması, rəqabət üstünlüyü əldə etməsi və istehlakçı tələblərinə uyğun fəaliyyət göstərməsi marketinq strategiyaları və marketinq menecmentinin düzgün qurulmasından asılıdır."

Girişdə isə kitabın strukturu belə izah olunur: "Kitab üç əsas bölmədən ibarətdir. Birinci bölmədə marketinq menecmentinin nəzəri, təşkilati və idarəetmə əsasları araşdırılır... İkinci bölmədə marketinq strategiyaları, strateji planlaşdırma və nəzarət məsələləri təhlil edilir... Üçüncü bölmədə marketinq strategiyaları və menecmentinin tətbiq istiqamətləri verilir."

Kitab kimlər üçün faydalıdır?

  1. İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və menecment ixtisaslarında təhsil alan tələbələr və magistrantlar
  2. Ali məktəb müəllimləri və elmi tədqiqatçılar
  3. Sahibkarlar və marketinq mütəxəssisləri
  4. Müəssisələrin idarəetmə sahəsində çalışan menecerlər

Kitabın Linki - https://go.fliplink.me/view/BC863C1D-2D21-4116-9D67-A2C2CA308B85

İkinci linki - https://pdflink.to/a2946fcc/

Müəlliflə əlaqə

Vüsal Heydərov elmi-tədqiqat və akademik yazı sahəsində fəaliyyət göstərən DissLink Groupun təsisçisidir. Kitab və müəllifin digər elmi fəaliyyəti barədə əlavə məlumat üçün:

  1. 📧 E-poçt: vusalheydarov.x@gmail.com
  2. 📞 Telefon: 055 233 44 37,070 385 36 08
  3. 💼 LinkedIn: heydarovvusal
  4. 📷 Instagram: vusalheydarov_researcher,disslink.com|Akademik Dəstək Mərkəzi

"Marketinq Strategiyası və Menecmenti" — Vüsal Xalid oğlu Heydərovun elmi-nəzəri və praktik biliklərini bir araya gətirən, müasir marketinq idarəçiliyinə sistemli yanaşma təqdim edən bu dərslik artıq nəşr olunub.

#VüsalHeydərov #MarketinqStrategiyası #MarketinqMenecmenti #DissLinkGroup #UNEC #Dərslik #Marketinq #Kitab #ElmiƏsər #Biznes

Mövzular

Marketinq

Bənzər məqalələr

Vüsal Heydərov
Yaradıcı Vüsal Heydərov
🤖
AzPublish Köməkçi
4 dildə dəstək · Online
Salam! 👋 Jurnal, konfrans axtar veya xidmətlər haqqında sual ver — sizə kömək edəcəm.
🔔
Xatırlatma

Son müraciət tarixinə 7, 3 və 1 gün qalanda emailinizə xəbər göndərək.